“Köhlən atlar” sosial şəbəkə hesabında 24 min bilet satıldığını paylaşsa da, stadionu o qədər azarkeş gəlməmişdi.
Niyə “Malmö” ilə oyunda tribunalar boş qaldı. Bu sualı “İmarət Tayfa” azarkeş qrupunun rəhbəri Elnur Quliyevə ünvanladıq:
“Çoxlu səbəb var. Restoranlara gedirsən, içi adamla dolu olur. Müxtəlif konsertlərə insanlar 50-100 manat biletə pul verib, gedib baxır. Azərbaycanda futbola maraq gündən-günə azalır. Çünki ölkə çempionatında rəqabət yoxdu. Bu rəqabətin özü belə futbola maraq artırır. Yığmamızın oyununda heç o qədər azarkeş gəlmir. Son zamanlar oyuna girib-çıxmaq çətin olur. Azarkeş olan üçün o problem deyil. Amma bir dəfə gələn növbəti dəfə gəlmək istəməyəcək. Halbuki sən dostuna futbolu sevdirməyə çalışırsan. O da gəlir vəziyyəti görür və deyir ki, nəyimə lazımdı bu qədər dolanmaq? Başqa bir problemi sosial şəbəkədə oxudum. Fasilədə çölə çıxan azarkeşlər içəri buraxılmayıb”.
ƏSƏD SEYİDOV