AZ

Karvaxal zədəsi barədə danışıb

"Real Madrid"in kapitanı Dani Karvaxal son oyunda dizindəki bir neçə bağın yırtılması ilə bağlı açıqlama yayıb.

İdman.biz xəbər verir ki, Karvaxal öz sosial şəbəkə səhifəsində yazıb: "Ciddi çarpaz bağ zədəsi təsdiqlənib, əməliyyat olunmalı və bir neçə ay meydandan kənar qalmalıyam. Futbola qayıtmağı səbirsizliklə gözləyirəm. Mesajlarınız üçün hamınıza çox sağ olun, sevginizi hiss edirəm”.

Qeyd edək ki, Karvaxal “Vilyarreal”la oyunda rəqibin hücumçusu Pino ilə toqquşub və görüşü davam etdirə bilməyib.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr