AZ

Qaxda qəza - Yaralı var -- FOTO

Qaxda qəza baş verib, bir nəfər ağır xəsarət alıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Alatəmir kənd sakini 1961 ci il təvəllüdlü Okrocanşvili Varabyonun idarə etdiyi FORD markalı yük avtomobili ilə rayonun Şotavar kənd sakini Mamedov Bilal Paşa oğlunun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

FOTO QALEREYA
Seçilən
29
avtosfer.az

1Mənbələr