AZ

"Alissonun zədələnməsi bizim üçün böyük zərbədir"

"Liverpul"un baş məşqçisi Arne Slot komandanın qapıçısı Alissonun zədələnməsinə münasibət bildirib. 

Sportal.az xəbər verir ki, "The Mirror"a danışan niderlandlı mütəxəssis Mersisayd klubunun əsas qolkiperinin sıradan çıxmasının böyük zərbə olduğunu qeyd edib:

"Əgər futbolçu meydanı bəlli şəkildə tərk edirsə, bu, adətən onun qarşıdakı oyunlar üçün milliyə getməyəcəyi anlamına gəlir. 

Mən onu fasilədən sonra ilk oyunlarda gözləmirəm. O, yəqin ki, bir neçə həftəni buraxacaq. Alisson bizim bir nömrəmizdir, dünyanın ən yaxşı qapıçısıdır, ona görə də onun zədələnməsi həm bizim, həm də onun üçün böyük zərbədir".

 

saytlarin hazirlanmasi

Seçilən
29
sportal.az

1Mənbələr