AZ

“Real” Dani Karvaxalla müqavilə müddətini uzatdığını bəyan etdi

“Real” “qaymaqlılar”ın ispan sağ cinah müdafiəçsini Dani Karvaxalla müqavilə müddətinin uzadıldığını bəyan edib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir:

“Real” Karvaxala bütün dəstəyini bildirmək istəyir və onun tezliklə sağalmasını arzulayır ki, onu tezliklə futbol meydanında görə bilək”, – “qaymaqlılar”ın bəyanatında deyilir.

Yenlənmiş müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Xatırladaq ki, Daniel Karvaxal İspaniya La Liqasının 9-cu turunun “Vlyarreal”la ev oyununda (2:0) ağır zədələnib və yaxın günlərdə ispan futbolçu cərrahi əməliyyata məruz qalacaq.

Xatırladaq ki, Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Karvaxal “Real” üçün 11 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Karvaxalın “Real” karyerası ümumilikdə 427 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
9
2
arena.az

3Mənbələr