AZ

Putin ad günü planlarından danışıb

Rusiya Prezidenti Volodimir Putin ad günü planlarından danışıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq yazı jurnalist Pavel Zarubinin teleqram kanalında yer alıb.

Rusiya dövlət başçısı bildirib ki, oktyabrın 7-si onun üçün iş günü olacaq. Onun sözlərinə görə, günün birinci yarısında görüşlər jurnalistlər üçün qapalı olacaq, axşam isə MDB ölkələrinin liderləri Birlik sammitini keçirmək üçün Moskvaya gələcəklər. 

Qeyd edək ki, Rusiya lideri 1952-ci il 7 oktyabrda anadan olub.

Seçilən
32
6
qafqazinfo.az

10Mənbələr