AZ

Ukraynanın Azərbaycandakı səfiri Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib.

“İki sahil” xəbər verir ki,  bu barədə diplomat sosial şəbəkədə yazıb. “Müdafiəçilərimizin ailələrindən olan 30 uşağın terapiyadan keçdiyi Qəbələ [Uşaq] Reabilitasiya Mərkəzinə baş çəkməkdən şərəf duyuruq. Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq. Növbəti qrupu səbirsizliklə gözləyirik!”, – o qeyd edib.

Xatırladaq ki, oktyabrın 1-də daha 30 ukraynalı uşağın reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirildiyi barədə məlumat yayılmışdı. Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmişdi.

Seçilən
26
7
ikisahil.az

1Mənbələr