AZ

“Real” Karvahalın yerinə yeni oyunçu alacaq

“Real” ağır zədə alan Dani Karvahalın yerinə yeni futbolçu transfer edə bilər. Msport.az xəbər verir ki, ispaniyalı müdafiəçi La Liqanın 7-ci turunun “Vilyarreal”la oyununda ağır zədə alıb.

Karvahal yaxın günlərdə əməliyyat olunacaq.

Bu səbəbdən də Madrid klubu sağ cinah müdafiəçisi almaq məcburiyyətindədir. “Kral klubu” “Liverpul”un oyunçusu Trent Aleksandr Arnoldu artıq yanvarda heyətinə qata bilər.

İlkin plan belə idi ki, Aleksandr Arnold yayda “Real”a qoşulsun. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Lakin Karvahalın zədələnməsi planları dəyişib.

 

Seçilən
29
msport.az

1Mənbələr