AZ

"Hədəfimiz dünya çempionu olmaqdır" - Millimizin baş məşqçisi

Dünya çempionatında iştirak edəcək minifutbolüzrə U-23 üzrə millimizin baş məşqçisi Rəcəb Fərəczadə mətbuata açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, mundialdakı hədəfləri barədə danışıb:

“Hazırlığımızı demək olar ki, tamamlamışıq. Rəqiblərimizi hələ tam tanımırıq.

Ola bilsin, birinci oyun bir qədər çətin oldu. Ancaq sonrakı oyunlarda rəqiblərimizi bir qədər təhlil etməyə imkanımız olacaq.

Komandamız yaxşı perspektivli futbolçulardan formalaşıb. Hədəfimiz əlbəttə ki, çempionluqdur.

Bu uğuru qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Seçilən
22
sportinfo.az

1Mənbələr