AZ

“CBC Sport”un yayınında yenə səs görüntünü qabaqladı... - AÇIQLAMA

“Qarabağ”ın məğlubiyyəti öz Oyerində, “CBC Sport”un canlı yayını zamanı səslə görüntün üst-üstə düşməməsi, daha dəqiqi, səsin görüntünü qabaqlaması da azarkeşlər arasında narazılıq doğurdu.

Bəs bu problem nə ilə bağlı olub? Səbəbini öyrənmək üçün “CBC Sport”un rəhbəri Şəmsəddin Abbasovla əlaqə saxladıq:

“Canlı yayında səslə görüntü üst-üstə düşürdü. Bizə bununla bağlı məlumat daxil olmayıb. İzləyici kabel televiziyasından baxıbsa, bəzi kabel televiziya operatorlarında o hal yaşana bilir. Amma o bizdən aslı deyil. Biz öz siqnalımızı səliqəli və dəqiq ötürmüşük”.


RÖYANƏ OĞUZ
Seçilən
18
football-plus.az

1Mənbələr