AZ

Tramp İlon Maskla birlikdə yenidən həmin yerə getdi

ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp milyarder İlon Maskla birlikdə təxminən üç ay əvvəl Pensilvaniya ştatının Butler dairəsində ona sui-qəsd edilən yerdə mitinqə gedib.

“Cebheinfo.az” bu barədə “CBS News”-a istinadən xəbər verir.

Tramp “Butler Farm Show” meydançasında açılış nitqi zamanı deyib:

“Mən ürək ağrısı ilə Pensilvaniya və bütün Amerika xalqına sadə bir mesaj çatdırmaq üçün bu gecə Butlerə qayıtdım”. 

O, həmçinin öz həyatlarını belə düşünmədən onu qoruyan ABŞ Məxfi Xidmətinin əməkdaşlarını tərifləyib.

Bu mitinq də iyulda olduğu kimi təşkil edilib, lakin təhlükəsizliklə bağlı nəzərəçarpacaq istisnalar olub. Məxfi Xidmət təhlükəsizlik perimetrini genişləndirib və şəxsi heyəti atıcının atəş açdığı damda yerləşdirilib.

Snayperlər səhnəyə gedən yolu bağlamaq üçün damda dayanıblar.

Tramp iyulun 13-də ailəsini güllələrdən qorumaq istəyərkən sui-qəsd nəticəsində həlak olan yanğınsöndürən Kori Kompatoru da yad edib. Şənbə günü keçirilən mərasimdə Kompatorun dul arvadı və qızları iştirak ediblər.

Seçilən
23
cebheinfo.az

1Mənbələr