AZ

Müzəffər Ali Baş Komandanın azad edilmiş ərazilərimizdən hər bir çağırışı Ermənistana və onun yeni havadarlarına ciddi mesajdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Qalib, bütövləşən və yeni dövrə qədəm qoyan Azərbaycan tarixiZəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasınınyaratdığı reallıqlar əsasında sözünün imzası qədər əhəmiyyətliolduğunu atdığı addımları, səsləndirdiyi çağırışları ilətəsdiqləyir. Son dörd ilin qürurverici hadisələrindən biri də odurki, bu çağırışların səsləndiyi məkanlar sırasında işğaldan azadedilmiş ərazilərimiz də var. Dövlət başçısı, Müzəffər Ali BaşKomandan İlham Əliyevin azad Qarabağa və Şərqi Zəngəzura davamlısəfərləri bu torpaqlara Böyük Qayıdışın daha da sürətləndirilməsiməqsədilə atılan addımların ardıcıllığı ilə yanaşı, buradan verdiyimesajlarla da zəngin olur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 4oktyabr Cəbrayıl Şəhəri Günündə bu şəhərdə inşa olunan yaşayışkompleksinin açılışında iştirak edərək yeni evlərə köçəncəbrayıllılara mənzillərin açarlarını təqdim etdilər. Dövlətimizinbaşçısı bu münasibətlə keçirilən mərasimdəki çıxışında 44 günlükİkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun qəhrəmanlığından,şücaətindən geniş bəhs etdi, 44 günün hər gününün tariximizin Zəfərsəhifəsi kimi yaddaşlarda qalacağını bildirdi. Vurğuladı ki,Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatınamüsbət təsir göstərdi, eyni zamanda, ordumuzun və ümumiyyətlə,xalqımızın mənəvi ruhunu yüksəltdi. Cəbrayıl azad olunduqdan birneçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirildi. Hadrudəməliyyatı da çox böyük peşəkarlıqla həyata keçirilən əməliyyatidi. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi. Bu mühümstrateji əhəmiyyətli yaşayış məntəqəsini azad etmək üçün qəhrəmanövladlarımız bir neçə müdafiə xəttini yarmalı idilər və bunu edəbildilər. Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurlabaşa çatdı və yolumuz Şuşaya, Zəngilan və Qubadlı istiqamətinəaçıldı. Müzəffər ordumuzun zəfər yürüşü bundan sonra daha sürətləgetdi və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl,Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçınrayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhəriniazad etdik. Bütövlükdə 300-dən çox şəhər, kənd və qəsəbə döyüşmeydanında azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiyaaktına imza atmağa məcbur oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, istər 30 il davam edən işğal,istərsə də postmünaqişə dövrü dünyanın bir sıra aparıcıdövlətlərinin və beynəlxalq təşkilatların məsələyə ikilistandartlar mövqeyindən yanaşmalarının yaratdığı problemlərlədiqqətdədir. Prezident İlham Əliyev hər bir çıxışında bu məqamlaraxüsusi diqqət yönəldir. Ermənistanın işğalının davam etdiyi 30 iləyaxın dövrdə Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün ciddisəylər göstərdi. Ermənistan isə əksinə, havadarlarının dəstəyinəarxalanaraq, sülh danışıqlarına imitasiya naminə qatılaraq vaxtqazanmağa, Azərbaycanın yeni ərazilərini zəbt etmək üçün planlarçızmağa başladı. Ermənistan tərəfindən beynəlxalq hüququn norma vəprinsiplərinin kobud şəkildə pozulmasına, BMT TəhlükəsizlikŞurasının qətnamələrinin icrasına məhəl qoymamasına göz yuman əksərdünya güclərinin davamlı şəkildə Azərbaycana qarşı əsassızittihamlarla çıxış etmələri çoxsaylı sualların yaranmasına səbəboldu. Azərbaycanın tarixi Zəfərindən, Ermənistanın biabırçıməğlubiyyətindən sonra bu yanaşmalara son qoyulacağını düşünsək də,əksinə, Qələbəmizi həzm edə bilməyən qüvvələr təcavüzkar dövlətədəstəklərini daha da artırır, onu sürətlə silahlandırmaqla əraziiddialarına son qoymamasına yardımçı olduqlarını açıq-aşkar nümayişetdirirlər.

Dövlət başçısı İlham Əliyevin Cəbrayıl şəhərində keçirilənmərasimdəki çıxışında mövcud reallıqlar geniş təhlil edildi və buməkandan Ermənistana, onun yeni dəstəkçilərinə çiddi mesajlarünvanlandı. Prezident İlham Əliyev Ermənistana qarşı 30 il ərzindəbir dənə də sanksiyanın tətbiq edilməməsini xüsusi vurğuladı. “Bizbütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizədeyirdilər ki, sizin sözləriniz çox kəskindir” söyləyən Prezidentİlham Əliyev onu da diqqətə çatdırdı ki, Ermənistanın havadarlarımüharibəni uduzduğumuzu, bununla barışmalı olduğumuzubildirirdilər. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərbdövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilknövbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkinəməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azadetməyək. Azərbaycanın isə mövqeyi birmənalı, qətiyyətli və dəyişməzidi: bir qarış torpaq işğal altında qala bilməz! Məsələ sülh yoluilə həllini tapmasa, məsələni müharibə yolu ilə həll edəcəyik.

Vüqar Rəhimzadə bildirib ki, bu gün də ölkəmizə qarşı olandüşmənçilik siyasəti səngimək bilmir. Azərbaycana qarşı yenisanksiyaların tətbiq olunması ilə bağlı absurd bəyanatlarsəsləndirilir. Bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur.Biz tarixi Zəfərimizə, suverenliyimizin bərpasına beynəlxalqhüququn norma və prinsipləri əsasında nail olmuşuq. Azərbaycan daimədalətin və beynəlxalq hüququn yanındadır. Bəzi dünya güclərininbeynəlxalq hüququn bu ali prinsiplərinə özlərinin maraqlarıbaxımından yanaşmaları haqlının haqsız, haqsızın isə haqlı tərəfkimi təqdim edilməsi ilə nəticələnir. Bu gün 30 illik işğaldövrünün reallıqları bütün məqamların açıqlanmasında yardımçıdır.Artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsininhəllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılanATƏT-in Minsk qrupu, xüsusilə onun həmsədri olan dövlətlər 28 illik“fəaliyyətləri” dövründə bir dəfə də olsun Ermənistanın işğalçıdövlət olduğunu dilə gətirmədilər. Belə əsassız, yalnız özlərininmaraqlarına xidmət edən fikirləri ilə diqqətdə oldular ki, guyaişğalçının adı ilə çağrılması məsələnin həlli prosesinə mane olar.Bu addım neytrallığın pozulması kimi dəyərləndirilə bilər. Buyanaşmanın nə qədər absurd, nə qədər qeyri-ciddi olduğunu həmindövlətlərin özləri də yaxşı bilirdilər. Lakin buna baxmayaraqözlərinin ikili standartlar mövqelərindən əl çəkmirdilər.Azərbaycanın çağırışlarına diqqət yetirsək görərik ki, işğalındavam etdiyi illərdə vasitəçinin neytral mövqedə dayanmasını tələbedən məhz ölkəmiz olub. Ermənistana dəstək, bu dövləti işğalçı kimitanımaq istəməmək, onu silahlandırmaq neytrallığın pozulması deyil,bəs nə idi? Prezident İlham Əliyev qeyd etdiyimiz çıxışında bununlabağlı həqiqətləri bir daha açıqladı: “Minsk qrupu nə ilə məşğul idi- ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədəbəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minskqrupunun fəaliyyəti bundan ibarət idi.”

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı ABŞ KonqresininAzərbaycana qarşı növbəti sanksiyanı tətbiq etmək çəhdinə dəmünasibət bildirdi. Vurğuladı ki, 60 ermənipərəst konqresmenAzərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerikahökumətinə müraciət edib. Qeyd etdiyimiz kimi, Azərbaycan daim beləcəhdlərlə qarşılaşır. Bunun üçün 1992-ci ildə ABŞ Konqresininermənipərəst konqresmenlərin təkidi ilə Azərbaycana qarşı ədalətsiz907-ci düzəlişi tətbiq etməsini yada salmaq kifayətdir. Bu kimiqərarların hansı ölkələrə tətbiq edildiyinə nəzər yetirəndə onunədalətsizliyini görməmək mümkün deyil. Həmin dövrdə ABŞ-ınErmənistanın bu istəyini reallaşdırmasında əsas məqsədi Azərbaycanıişğalçı dövlət kimi təqdim etməklə yanaşı, ölkəmizi iqtisadicəhətdən zəiflətmək, özündən asılı vəziyyətə salmaq idi. LakinAzərbaycan bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşadığı 10 ildənəinki iqtisadi cəhətdən zəiflədi, əksinə təkmil inkişaf modeli ilədünyanın diqqətində oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevinxalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra əsas diqqətgöstərdiyi məsələ bu qərarın ədalətsizliyini sübut etmək, onunölkəmizə vurduğu mənəvi zərbəni aradan qaldırmaq idi. Azərbaycandövlətinin uğurlu xarici siyasəti diplomatik mübarizədə qələbəmizişərtləndirdi. 2001-ci ildə ABŞ hökuməti bu qərarın ədalətsizliyinitəsdiqləməyə məcbur oldu və fəaliyyətinin bir illik dondurulmasıbarədə qərar qəbul etdi. Dövlətimizin başçısı sözügedən çıxışındabu ədalətsiz addımın atılmasından bəhs edərək bildirdi ki, Amerika1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki,torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradanqaldırıldı. Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyətibaşlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlarƏfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidentitərəfindən aradan qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar,özü də bütün dünyanın gözü qarşısında, bu sanksiyalar yenidən bizəqarşı tətbiq edildi. Prezident İlham Əliyev ermənipərəstkonqresmenlərin məlum müraciəti ilə bağlı bu çağırışı etdi ki, buçirkin müraciət iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də,ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət DepartamentininDövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət AmerikaDövlət Departamentində də yazılır. Bugünkü gün anti-Azərbaycanqüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnuheç kimdən soruşmadan, heç kimdən qorxmadan bərpa etdi. Bunuölkəmizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadansanksiya tətbiq edilir.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan güclü,müstəqil dövlətdir. Hər bir addımını öz gücünə, imkanlarınaarxalanaraq atır. Heç bir dövlətin diktəsi ilə oturub-durmur.Ölkəmizin ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə dəbeynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qarşılıqlı hörmətəvə maraqlara əsaslanır. 44 günlük İkinci Qarabağ müharibəsi, birgünlük antiterror tədbirləri ölkəmizin imkanlarının təqdimatıdır.Ermənistanın təhlükəli oyunlara qoşulduğunu əsaslı şəkildə diqqətəçatdıran Prezident İlham Əliyev rəsmi İrəvana bu mesajı ünvanladıki, İkinci Qarabağ müharibəsinin tarixçəsi, necə diz üstə bizdənimdad dilədikləri, necə Rusiyaya gündə bəlkə 10 dəfə müharibənindayandırılması ilə bağlı müraciət etdikləri yaddan çıxmasın.Antiterror əməliyyatı onların yadından çıxmasın. Heç kimə, heç nəyəbaxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə,Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan obölgələri cəmi bir neçə saat ərzində azad etmişiksə bizimlə heç kimzarafat etməsin və səbrimizlə də oynamasın: “Mən bu sözləriistənilən yerdə deyə bilərdim… Ancaq hesab etdim ki, mən bu sözləribax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onuhəm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və birdaha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgünnəticə çıxarsın.”

Məqalədə:
Seçilən
23
7
az.trend.az

8Mənbələr