AZ

İsrail ordusu Cəbəliyyədə yeni hərbi əməliyyata başladı


İsrail ordusu (IDF) gecə saatlarında Qəzza zolağının şimalında yerləşən Cəbəliyyə qaçqın düşərgəsində Fələstinin HƏMAS hərəkatının silahlı qruplarına qarşı əməliyyat keçirərək onlarla hədəfə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“IDF-nin əldə etdiyi əvvəlki kəşfiyyat məlumatları Qəzza zolağının şimalındakı Cəbəliyyə bölgəsində HƏMAS-ın səyləri fonunda terrorçuların və terror infrastrukturunun mövcudluğunu göstərir. IDF bu bölgədə əməliyyat imkanlarını bərpa edib, 162-ci diviziya bu gecə Cəbəliyyə bölgəsində əməliyyata başlayıb”, - məlumatda deyilir.
Ordunun bəyanatına görə, əməliyyat başlamazdan əvvəl və əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələrinin quru qoşunlarının hərəkətlərinə dəstək vermək üçün bölgədə onlarla hərbi obyekt vurulub.
“Hədəflər arasında silah anbarları, yeraltı infrastruktur obyektləri, terrorçu dəstələr və digər hərbi infrastruktur obyektləri olub”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.
“Bölgədəki terror infrastrukturunu sistematik şəkildə məhv etmək məqsədi daşıyan Cəbəliyyə əməliyyatı məqsədlərinə çatmaq üçün lazım olan müddətcə davam edəcək”, - IDF bəyan edib.
Seçilən
38
8
yeniavaz.com

9Mənbələr