"Real Madrid" klubu ağır itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun kapitanı Dani Karvahal "Vilyarreal"a qarşı oyunda sıradan çıxıb. Onun sağ dizində ön çarpaz bağları qopub. İspan müdafiəçi əməliyyat olunacağını və bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. 

Bildirilir ki, Dani Karvahal mövsümün sonuna qədər oynaya bilməyəcək.