Bakı. Trend:
İsrail qüvvələrinin Qəzza zolağının mərkəzindəki Deyr əl-Balahşəhərində yerləşən bir məscidə hücumu nəticəsində azı 16 nəfərhəlak olub.
Trend-inməlumatına görə, bu barədə “Al Jazeera” telekanalı xəbər yayıb vəhücum zamanı məsciddə köçkünlərin olduğu bildirilib.
İsrail ordusunun mətbuat xidməti isə açıqlama verərək,zərbələrin Fələstinin radikal HƏMAS hərəkatının Deyr əl-Balahdakıkomanda mərkəzlərinə endirildiyini vurğulayıb. Ordunun məlumatınagörə, bu komanda mərkəzləri HƏMAS terrorçuları tərəfindən İsrailMüdafiə Qüvvələri və İsrail Dövlətinə qarşı terror hücumlarınıplanlaşdırmaq və həyata keçirmək üçün istifadə olunurdu.