AZ

Afrikada meymun çiçəyinə qarşı ilk peyvənd kampaniyası başlayıb

Bakı. Trend:

Konqo Demokratik Respublikasında meymun çiçəyinə səbəb olan mpoxvirusuna qarşı ilk peyvənd kampaniyasına başlanılıb.

Trend xəbər verirki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu ölkədəkibölməsi X-dəki səhifəsində məlumat yayıb.

“Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi ölkənibürüyən epidemiyanın dayandırılması üçün Şimali Kivu əyalətininQoma şəhərində tərəfdaşlarının, o cümlədən Konqo DR-də ÜST-nindəstəyi ilə mpox virusuna qarşı ilk peyvənd etməyə başlayır”, -deyə bəyanatda bildirilir.

Bu il ölkədə bu virusa şübhəli 30 mindən çox hadisə qeydəalınıb, minə yaxın insanı xilas etmək mümkün olmayıb.

Seçilən
42
az.trend.az

1Mənbələr