AZ

“Dalia Kutkaite Cup” beynəlxalq turnirində 5 medal

Bakı. Trend:

Bədii gimnastika üzrə “Dalia Kutkaite Cup” beynəlxalq turniribaşa çatıb.

Trend İdman.biz-ə istinadən xəbərverir ki, gimnastlarımız Litvanın Vilnüs şəhərində keçirilənyarışda uğurlu çıxış ediblər.

Komandamız 5 medal qazanıb. Məryəm Baloğlanova gürzlərləhərəkətlərin icrasında qızıl, toplarla çıxışında isə bürünc medalqazanıb. Azadə Atakişiyevanın qazandığı hər 3 medalın əyarı gümüşolub. O, çoxnövçülük proqramı ilə yanaşı halqa və toplarlahərəkətlərin icrasında 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi yarışa məşqçilər ValentinaUkleina və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanıb.

Seçilən
2
1
az.trend.az

2Mənbələr