AZ

İsrail İrana cavab zərbəsi endirməyə hazırlaşır

"İsrail oktyabrın 1-də İranın ona qarşı başlatdığı kütləvi raket hücumuna uyğun gördüyü vaxtda cavab verəcək".

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) sözçüsü Daniel Haqari deyib.

 

"İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olacaq", - o bildirib.

 

Britaniyanın "The Guardian" nəşri isə İsrailin oktyabrın 7-nə keçən gecə İrana cavab zərbəsi endirməyə hazırlaşdığını yazıb.

 

Nəşrin məlumatına görə, bu, 2023-cü ildə İsraildə onlarla insanın ölümünə səbəb olan HƏMAS hücumunun ildönümündə baş verəcək.

Seçilən
1
1
sfera.az

2Mənbələr