AZ

“Putin və Kim Çen In arasında yaxın dostluq pozula bilər”..?

Rusiyanın Ukraynanı atəşə tutmaq imkanlarının az olması üçün onun logistikasını kəsmək lazımdır. O cümlədən Şimali Koreyadan işğalçılara döyüş sursatının çatdırıldığı tədarük yollarını…

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk deyib. ...“Espresso”nun efirində o, Pxenyandan rusların döyüş sursatlarının dəniz yolu ilə düşmənə göndəriləcəyi təqdirdə onların tədarükünü pozmaq olarmı sualına cavab verib.

...Keçən il mövcud olduğu formada dəniz logistikası artıq işləmir.

Bunu Pletençuk deyib və xatırladıbki, Ukrayna qoşunları artıq Rusiya Federasiyasının Novoçerkassk və Çar Kunikov kimi böyük desant gəmilərini vurublar.

Ukraynalılar artıq işləməyən bərə keçidlərinə də sarsıdıcı zərbələr endiriblər.

Dmitri Pleteçuk onu da vurğulayıb ki, təkcə dəstək gəmilərini deyil, Krım körpüsünü də məhv etmək lazımdır.

İndi işğalçılar estakadanın ərazisinə hava hücumundan müdafiə raketlərini yerləşdiriblər və onu Rusiya Federasiyasının ərazisindəki vacib obyektlərdən daha çox “qorumağa” çalışırlar.

Əli Babayev

Seçilən
20
sia.az

1Mənbələr