AZ

İspaniyada Fələstinə dəstək aksiyası

İspaniyanın müxtəlif şəhərlərində Fələstinə dəstək nümayişləri keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə aksiyaların təşkilatçısı olan X “Fələstinin işğalına qarşı həmrəylik şəbəkəsi” sosial şəbəkəsində məlumat verilib.

Madriddə Atoça stansiyasından mərkəzi meydanlardan birinə qədər yürüş baş tutub. Nümayişlərdə iştirak edənlər “Fələstində soyqırımı” dayandırmağa, həmçinin İsrailə silah tədarükünü dayandırmağa çağırıblar. Toplananlar yəhudi dövlətinə təzyiq göstərilməsinin tərəfdarı olduğunu bildiriblər.

Oktyabrın 6-da da etiraz aksiyaları keçiriləcək. Nümayişlərin 40 şəhərdə keçirilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com
Seçilən
4
1
teleqraf.com

2Mənbələr