AZ

Azərbaycanda dövlət qurumunun rəhbərinə şiddətli töhmət verildi

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

QAZÌLER.AZ  Lent.az-a istinadla xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Seçilən
3
49
qaziler.az

10Mənbələr