AZ

Hacıqabulda yol qəzası: Bir ailənin üç üzvü xəsarət aldı

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. socar vakansiya

Qəza nəticəsində şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Əhədova Qızılgül Şəmsəddin qızı, onun nəvəsi, 2016-cı il təvəllüdlü Əhədova Qızılgül Ərşad qızı və 1986-cı il təvəllüdlü Əhədova Xəyalə Azad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
7
18
yenisabah.az

10Mənbələr