AZ

Sumqayıtda 23 yaşlı gənci "tok" vurub öldürdü

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavodu” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vurub.

23 yaşlı gənc hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
2
19
bakupost.az

10Mənbələr