AZ

Azərbaycanda bu oyun "qumar"a qoyulub - VİDEO+FOTOREPORTAJ

İkinci Liqada 5-ci tura yekun vurulub.

"Hypers Quba" doğma meydanda "Füzuli"ni qəbul edib.

Qarşılaşma şimal təmsilçisinin 8:1 hesablı qələbəsi ilə başa çatıb.

Səkkizinci dəqiqədə hesab artıq 4:0 idi. Ev sahiblərinin beşinci qolu da anidən alındı.

Rəqibin futbolçuları yol verdikləri qayda pozuntusundan sonra bir yerə toplaşınca, qəfildən topu oyuna daxil edən qubalılar Cavid İmamverdiyevlə fərqi artırıb.

«Füzuli»lər İslam Məmmədovdan qolu hesaba almamasını tələb etsə də, referi qərarını dəyişməyib.

Vüqar Nadirovun çalışdırdığı komanda fasiləyə kimi daha 2 dəfə toru silkələyib.

«Hypers» ikinci hissədə sakitləşib. Tərəflər hərəyə 1 qol vuraraq, 90 dəqiqəni tamamlayıb.

Xallarını 12-yə yüksəldən "Hypers Quba" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 4 xalı olan "Füzuli" isə 11-ci yerdədir.

AFFA-nın aidiyyatlı şəxslərini bu matçla bağlı araşdırmağa səsləyirik. Nəsə, sözügedən oyundan «qumar» iyi gəlir.

Təki yanılaq, amma bizə elə gəlir ki, federasiya mənsubları vurulan və qaçırılan qol epizodlarını incələsə, yerinə düşər.

«Hypers»in ikinci, üçüncü və dördüncü qolları ciddi şübhələrə yol açır. «Füzuli»nin müdafiə xəttinin bu zaman etdiyi səhvlər heç 5-ci sinif şagirdinə yaraşmır.

İkinci Liqa yarımhəvəskar çempionat sayılsa belə, bir komandanın belə xətalara yol verməsi qətiyyən təsadüf görüntüsü yaratmır.

AFFA qollarını çırmalayıb təhqiqata başlasa, güman ki, müəyyən maraqlı məqamlar ortaya çıxacaq.

SPORTİNFO.AZ

“Hypers Quba” – “Füzuli” 8:1

Qollar: İlqar Ələkbərov, 1. Nurlan Novruzov, 4; 35. Elşən Veysov, 7; 56. Cavid İmamverdiyev, 8; 39. Baxşəli Baxşəliyev, 41 – Mübariz Hüseynzadə, 47.

Quba OİK stadionu. 150 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Elmin Süleymanlı, Zakir Şükürzadə
Dördüncü hakim: Emin Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Sarı vərəqələr: Məqsum Qənbərli, 23 (qeyri-idman hərəkəti); Ramil Əhmədov, 47 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - yoxdur.

“Hypers Guba”: 98. Elxan Qasımov 55. Qeyrət Əliyev 10. Cavid İmamverdiyev (k) 5. Ramil Əhmədov 19. Nurlan Novruzov (49. Valeh Məmmədov, 78) 14. İlqar Ələkbərov (6. Denis Edilov, 68) 13. Məqsum Qənbərli 25. Baxşəli Baxşəliyev 7. Elşən Veysov (17. Nail Təhməzli, 78) 44. Rəhim Cəfərov 57. Nihat Sarıyev (99. Hakan Həsənov, 68)
Ehtiyat oyunçular: 35. Fərman Bayramov
Baş məşqçi: Vüqar Nadirov

“Füzuli” 1. Məhərrəm Məmmədli 7. Ruslan Poladov (k) 17. Nahid Mehrəliyev (4. Murad Mehdiyev, 46) 88. Kənan Məmmədov (18. Fərhad Salamzadə, 74) 3. Vurğun Həsənzadə (44. Elmir Xəlilov, 60) 11. Fuad Məmmədzadə 91. Bayram Nurizadə 23. Süleyman Piriyev 8. Elvin Yunusov 19. Cəsur Hüseynov (9. Mübariz Hüseynzadə, 70) 6. Nihad Ağayev
Ehtiyat oyunçular: 25. Şaməddin Rüstəmov 21. Samur-Xan Aslanxanov
Məşqçi: Xəqani Quliyev

Seçilən
17
sportinfo.az

1Mənbələr