AZ

Naxçıvanda payızlıq taxıl əkinlərinə başlanılıb

Naxçıvanda

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir. Payızlıq əkinlərindən yüksək məhsul götürülməsi üçün əsas aqrotexniki amillərdən biri də əkinin vaxtında aparılması və əkinlərə torpaq suyunun verilməsidir. Payızlıq taxılların vaxtında əkilməsi və suvarılması vegetasiyaya, habelə məhsuldarlığa müsbət təsir göstərir.

Oktyabrın 7-dən etibarən Naxçıvan MR Dövlət Su Ehtiyatları Agentliyi taxıl əkini aparılmış sahələrə su anbarlarından və nasos stansiyaları vasitəsilə su verilməsinə başlayacaq. Bununla əlaqədar olaraq Naxçıvan MR Nazirlər Kabineti tərəfindən aparılan əkin məlumatları təhlil edilib və aidiyyatlı dövlət orqanlarına müvafiq göstərişlər verilib.

Seçilən
16
1
azertag.az

2Mənbələr