AZ

Nyuşanın keçmiş əri “korennoy” moskvalıya pul atıb..?

Müğənni Nyuşanın keçmiş əri, iş adamı İqor Sivov layihəyə sərfəli investisiyalar bəhanəsi ilə moskvalıdan 25 milyon rubldan çox alaraq onu aldadıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu ifadə ilə zərərçəkmiş polisə müraciət edib.

Mənbədən alınan məlumata görə, 2021-ci ilin iyulunda Sivov həmin şəxsi ortağı ilə tanış edib. O, öz növbəsində, reklam hesabları ilə sövdələşmələrə pul qoymağı təklif edib.

O, moskvalıya bir müddət sonra pulun faizlə qaytarılmalı olacağına inandırıb.

Zərərçəkmiş anasının hesabından fırıldaqçıya 23 milyon yarım rubl köçürüb. Daha sonra bir milyon 800 min rubl məbləğində oxşar əməliyyat həyata keçirilib.

Bundan sonra Sivovuntəqdim etdiyi tərəfdaş rubl verənlə ünsiyyəti dayandırıb.

…Və indiyə qədər pul qaytarılmayıb.

Əli Babayev

Seçilən
14
sia.az

1Mənbələr