AZ

Hacıqabulda qəza baş verib, 2 nəfər ağır xəsarət alıb - VİDEO

Hacıqabulda baş verən qəzada 2 nəfər ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Peugeot” markalı avtomobil “Kamaz” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində iki nəfər kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
4
apa.az

5Mənbələr