AZ

Elmar Baxsıyev: "Bizə inanmasalar da, mən komandaya inanıram"

"Dinamik oyun alındı. Hər iki komanda meydanda yaxşı iş ortaya qoydu".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxsıyev deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının IX turunda "Sabah"la (1:1) qarşılaşmada qeydə alınan heç-heçəni şərh edib: "Komandadan hər oyunda daha yaxşısını istəyirəm. Tur keçdikcə, komanda bunu geri qaytarmağa çalışır. Oyun planında bir qədər də artığını edib, rəngarənglik yarada bilərik. Ümumi götürdükdə, heç-heçə ədalətli nəticədir. Hər bir məşqçi yığdığı heyətə güvənməli və o güvəni onlara verməlidir. Heyəti formalaşdıranda çətinlik çəkirdik. Ancaq istədiyimiz oyunçuları cəlb edə bildik. Futbolçularımızın potensialı daha da yaxşı oynamağımıza imkan verir. Bizə inanmasalar da, mən komandaya inanıram. Onlar oyunları ilə layiqli cavablarını verəcəklər".

Qeyd edək ki, "Araz-Naxçıvan" turnir cədvəlində 17 xalla 2-ci pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr