AZ

"Belə uşaq səhvləri buraxmamalısan" - Renduliç bir xaldan razı qaldı

"Sabah" Misli premyer-liqasının 9-cu turunda evdə "Araz-Naxçıvan"ın öhdəsindən gələ bilmədi - 1:1.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavabladı.

- Demək olar ki, biz oyuna yaxşı başladıq. 5 dəqiqə sonra fərqləndik. Əfsuslar olsun ki, üç dəqiqə sonra səhv etdik və qol buraxdıq. Yaxşı səviyyədə oynamaq istəyirsənsə, belə uşaq səhvləri buraxmamalısan. 35 metrdən ötürülən ötürmədən sonra buraxılan qolu şərh etmək istəmirəm. İkinci hissədə daha yaxşı çıxış etdik, daha enerjili idik. Səhvlər buraxmadıq və sonda heçə-heçə oldu.

- Nəticəni ədalətli hesab edirsiz?
- Nəticə nəticədi. Etdiyimiz səhvlərə baxanda bir xal qazanmağımızı yaxşı nəticə hesab edirəm.

- Hər matçdan sonra ya biz jurnalistlər, ya da siz müdafiə xəttinin zəif olduğunu deyirsiz. Bu problem nə vaxt aradan qaldırılacaq?
- Tezliklə... Həmişə demişəm ki, qol vurduqdan sonrakı 5-6 dəqiqə daha diqqətli olmalısan. Xüsusilə, arxa xətdə möhkəm olmaq lazımdı. Amma görürəm ki, yenə eyni səhvlər olur. Futbolda nəinki 2-3 metr, 20 santimetr belə çox vacib rol oynayır.

- 1-ci dövrədə qazandığınız nəticələr sizi qane edirmi?
- Səmimi şəkildə desəm, hədəflədiyimizdən 2-3 xal az toplamışıq. Heç nədən xallar itirdik. Amma “Qarabağ”la matçda biz xala layiq idik. Keçən ilin ilk dövrəsi ilə müqayisə etsək, bu il çox yaxşıyıq. Düşünürəm ki, ikinci dövrədə daha çox xallar qazanacağıq.

KƏNAN BAHADIR

Seçilən
16
2
football-plus.az

3Mənbələr