AZ

“Oyunun nəticəsini ədalətli hesab edirəm” – Elmar Baxşıyev

“Araz Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”ın qonağı olub.

Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Baxşıyev yaxşı, dinamik oyun alındığını bildirib:

“Yaxşı, dinamik oyun alındı. Hər iki komanda meydanda yaxşı iş gördülər. Komandamdan ümumi razı qaldım. Oyunun nətiçəsini ədalətli hesab edirəm. Düşünürəm ki, daha da yaxşı çıxış edib oynumuzu rəngarəng edə bilərik. İnanıram ki, gələcək oyunlarda daha da artıracağıq, komandamızda olan oyunçuların potensialı buna imkan verir.

Futbolçularıma inanıram və hiss edirəm ki, onlar da o inamı mənə verib. İstəyirəm ki, daha da artığını versinlər.

Heyətimiz nə qədər geniş olsa, periodu daha rahat keçə bilərik. Ümid edirəm ki, oyunçuların sayı genişlənəcək. Çempionat uzundur, komanda olaraq bərk, inamlı olmayıq ki, bu maneələri keçə bilək”.

Seçilən
14
futbolinfo.az

1Mənbələr