AZ

“Hədəflədiyimizdən 2-3 xal az toplamışıq” – Renduliç

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyuna çox yaxşı başladıq, qol vurduq. Əfsuslar olsun ki, üç dəqiqə sonra səhv etdik. Yaxşı səviyyədə olmaq istəyirsinizsə, bu uşaq səhvlərini etməməlisiniz. Rəqib 35 metrdən ötürülən topdan sonra qol vurur. Bunu şərh etməyə çətinlik çəkirəm. Buraxılan qoldan sonra fasiləyə qədər pis oynadıq. Sanki ayaqlarımız getmirdi, ikinci topları götürə bilmirdik. Fasilədən sonra daha yaxşı oynadıq. Enerji var idi. Düzdür, səhvlər də olmadı, amma yekunda bərabərliyə razı olduq.

– Nəticə ədalətli oldu?

– Nəticə nəticədir. Düşünürəm ki, etdiyimiz səhvləri nəzərə alsaq, bir xal yaxşıdır.

– “Sabah” oyunlara yaxşı başlasa da, sonra qollar buraxır. Sanki bir atımlıq barıtsınız… Bunun səbəbi nədir?

– Həmişə demişəm, qol vurduqdan sonra 5-6 dəqiqə önəmlidir. Diqqətli olmalısan ki, rəqib fərqlənməsin. Amma əfsuslar olsun, müdafiədə bu cür situasiyaları düzgün dəyərləndirmirik. Müdafiədə ikili fikirlərdə qalırıq və qol buraxırıq. Futbolda hər metr daha önəmlidir.

– Müdafiədəki problemlər nə vaxta kimi davam edəcək və nə vaxt həll olunacaq?

– Tezliklə.

– Geridə qalan 9 turu komandanız üçün neçə dəyərləndirirsiniz?

– Hədəflədiyimizdən 2-3 xal az toplamışıq. Heç nədən xallar itirmişik. Bəzi oyunlarda layiq olmadığımız məğlubiyyətlər yaşadıq. “Qarabağ”la oyunda xala layiq idik. Builki ilk dövrəni keçən illə müqayisə etsək, çox yaxşıyıq. Qarşıda oyunlar çoxdur. İkinci dövrə daha çox zal qazanacağıq.

Şahin Cəfərov 

Seçilən
14
futbolpress.az

1Mənbələr