Misli Premyer Liqasında IX turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, "Səbail" "Şamaxı"ya 2 cavabsız qolla qalib gəlib. "Dənizçilər" 4 oyunluq məğlubiyyətdən sonra vacib 3 xal qazanıb. "Şirlər"in isə 5 qarşılaşmalıq məğlubiyyətsizlik seriyası sona çatıb. 

"Sabah" isə "Araz-Naxçıvan"la "1-1" hesablı bərabərliyə razılaşıb. Görüşün nəticəsini erkən vurulan qollar müəyyənləşdirib. Masazır təmsilçisi 5-ci dəqiqədə hesabı açıb. Ardınca 8-ci dəqiqədə qonaqlar tablodakı rəqəmlərə tarazlıq gətirib. Matç bu hesabla yekunlaşıb.

Qeyd edək ki, I dövrənin son turuna sabah baş tutacaq 2 qarşılaşma ilə yekun vurulacaq.

Misli Premyer Liqası

IX tur

5 oktyabr (şənbə)

17:00. “Səbail” – “Şamaxı” 2:0

Qollar: Q. Laruçça 27, M. Queta 68

Baş hakim: Əliyar Ağayev

“ASCO Arena”

19:30. “Sabah” – “Araz-Naxçıvan” 1-1

Qollar: P. Şafranko 5, F. Santos 8

Baş hakim: Cavid Cəlilov

“Bank Respublika Arena”