AZ

Natavan Şeyxova illər sonra üzə çıxdı

79 yaşlı Xalq artisti Natavan Şeyxova illər sonra üzə çıxıb.

OLAY yazır ki, Xalq artisti Həmidə Ömərova müğənni ilə Cəbrayılda “Şəhər günü” ilə əlaqədar baş tutan tədbirdə bir araya gəlib. 

Orada Şeyxova ilə birgə çəkilən xatirə fotonu Ömərova instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Natavan Şeyxova 1958-ci ildə “Onun böyük ürəyi” filmində Lalə obrazını canlandırıb. Bununla yanaşı o, 1966-ci ildə “İnstintaq davam edir” filminə çəkilib. Müğənni Bakı Musiqi Məktəbinin “Solo Oxuma” kafedrasının professorudur. Şeyxova Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə ilə ailəlidir.

Seçilən
11
olay.az

1Mənbələr