AZ

Masazırda qalib müəyyənləşmədi

Misli Premyer Liqasının IX turunda baş tutan "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib.

Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.

"Sabah" komandasından 5-ci dəqiqədə Pavol Şafranko fərqlənib. "Araz-Naxçıvan"ın qolunu isə 8-ci dəqiqədə Felipe Santos vurub.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə "Səbail" "Şamaxı"nı məğlub edib - 2:0. Turun açılış matçında "Kəpəz" "Neftçi"yə 4:3 hesabı ilə qalib gəlib. Sabah keçiriləcək "Turan-Tovuz" - "Zirə" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə IX tura yekun vurulacaq.


Seçilən
12
5
sportnet.az

7Mənbələr