AZ

Şans üzə gülməyəndə, axırı belə olur - VİDEO

Azərbaycan Premyer Liqasında "Səbail" "Şamaxı"nı məğlub edib.

Sportinfo.az xəbər verir ki, IX turun oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Qarşılaşmada ilk qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Şamaxı" isə 12 xalla 6-cı sırada qərarlaşıb.

Seçilən
16
sportinfo.az

1Mənbələr