AZ

Adam Kadırov Rusiyanın Rekordlar Kitabına düşüb

Çeçenistan rəhbəri Adam Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına düşüb. O, Rusiya subyektinin rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc rəhbəri seçilib. SİA-nın əldə etdiyi məlumata görə, o, bu vəzifəni 15 yaşında tutub.

...Mükafat Qroznıda MMA matçı zamanı baş tutub. Bu barədə sertifikatın təqdimatının videosunu dərc edən “Diqqət, Xəbərlər” teleqram kanalı xəbər verir - bunu Rusiyanın Rekordlar Kitabının baş redaktoru Stanislav Konenko çatdırıb.

Bundan əlavə, Adam Kadırov Rusiyanın Rekordlar Kitabını populyarlaşdırdığına görə medal alıb. Amma Konenko populyarlaşdırma fəaliyyətinin nə olduğunu dəqiqləşdirməyib.

Xatırladaq ki, 2023-cü il avqustun 15-də Qroznıda Adam Kadırov “Quran”ı yandırmaqda ittiham edilərək həbs edilən Nikita Juraveli döyüb.

Polis iş başlamaqdan imtina edib, çünki o vaxt Çeçenistan rəhbərinin oğlu hələ cinayət məsuliyyəti yaşına çatmamışdı - onun 15 yaşı var idi.

Əli Babayev

Seçilən
13
sia.az

1Mənbələr