AZ

Şahin Diniyev: "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı"

"Səbail" Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün oyun tam diqtəmizlə keçdi. Sadəcə standart vəziyyətlərdə problemimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadı. Topa nəzarət edərək qol vəziyyətləri yarada bildik. "Qara zolaq"dan çıxmaq məni sevindirir. Yolumuza davam edəcəyik.

- Hakimə çox etiraz edirdiz...

- Biz emosiyalara qapılmışıq. Demirəm etdiyim hərəkətlərin hamısı düzdür. Futbol emosiyalar oyunudur. Sakit durub oyuna baxsan, alınmayacaq. Heç bir hakimlə intriqam yoxdur. Əliyar Ağayev oyunu normal idarə etdi.

- "Neftçi"nin dünənki məğlubiyyəti komandanızın oyuna köklənməsinə necə təsir etdi?

- Çox təsir etdi. "Kəpəz" qalib gəlməklə xal fərqini 1-ə endirdi. Futbolçularda təzyiq olur. Amma bugünkü qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. Amma bu, heç nə demək deyil. 3 xallıq çempionatda hər şey ola bilər. "Neftçi" bu situasiyadan çıxacaq. Bu, görünəndir. "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss elədik. Bu, bizim üçün çox böyük motivasiya verdi.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Seçilən
14
7
sportal.az

10Mənbələr