AZ

"The New York Times": ABŞ-nin İsraillə əlaqə saxlaması çətinləşib

İsrailin Pentaqonun qəbul edilən "ekzistensial təhdidlərə" qarşı hərəkət etməzdən əvvəl ABŞ-ni xəbərdar etməməsi, onunla işləməyi çətinləşidirib.

Ölkə.Az xəbər verir ki, bu barədə “The New York Times” Pentaqonun nümayəndələrinə istinadən məlumat yayıb.

Məqalədə qeyd edilir ki, Bayden administrasiyası Livanda məhdud quru əməliyyatına razılıq verib, lakin “İsrailin son reydləri daha çox böyük əməliyyata bənzəyir”.

"İsrail Müdafiə Nazirliyinin rəhbəri Qalant amerikalı həmkarı Ostinə Hizbullah lideri Nəsrullahın məhv edilməsi barədə yalnız əməliyyat başa çatdıqdan sonra məlumat verib. Bu, Ostinin "qəzəbinə" səbəb oldu. Mənbənin sözlərinə görə, o, regionda ABŞ hərbçilərinin müdafiəsi üçün tədbirlərin gücləndirilməsi üçün lazım olan qabaqcadan xəbərdarlıq edilməməsindən narazı qalıb", - deyə nəşr yazıb.

Seçilən
13
olke.az

1Mənbələr