AZ

Tərtər də futbol ailəsinə qoşulur

Azərbaycanın daha bir rayonunda yeni futbol klubu yaradılıb. Söhbət Tərtərdən gedir.

Rayonun eyniadlı təmsilçisi bu mövsümdən Region Liqasında mübarizə aparacaq. Bu barədə “Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi Elfariz İsayev məlumat verib.

O, bildirib ki, yeni yaradılan komandanın loqosu hazırlanıb və baş məşqçi təyin olunub. Taleh Hüseynov baş məşqçi, Zaur Əliyev köməkçi-məşqçi təyin olunub.

Komanda məşqlərini Tərtər Olimpiya Kompleksində keçir.

BƏHRUZ MUSAYEV

Seçilən
15
futbolinfo.az

1Mənbələr