AZ

Mümkün nüvə fəlakətinin səbəbi məlum olub..?

…ABŞ İsrailin oradakı siyasətini dəstəkləməyə davam edərsə, Yaxın Şərqdə vəziyyət daha da pisləşə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR partiyasının lideri Leonid Slutski öz Telegram kanalında bildirib.

O, Yaxın Şərqdə eskalasiyanın bütün hədləri aşdığını və bunun nüvə fəlakətinə səbəb ola biləcəyini bildirib.

…LDPR-nin yaradıcısı VladimirJirinovskinin İran və İsrail arasında qarşıdurma səbəbindən III Dünya Müharibəsinin başlaması ilə bağlı proqnozları qorxulu dərəcədə reallığa yaxındır.

Bunu deyən Slutski, ABŞ-da eşidilən çağırışlara diqqət çəkib ki, bu çağırışların mahiyyəti müharibənin amerikalıların başına gəlməsin deyə İsrailə dəstək vermək zərurətindən qaynaqlanır.

Slutski qeyd edib ki, eyni arqument “Ukraynaya silah vurmaq” üçün istifadə olunur.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin İranın raket hücumuna cavab verməsi barədə məlumatlar yayılıb.

Bununla belə, Təl-Əviv İsrail ordusunun hücum hərəkətləri çərçivəsində müttəfiqlərindən dəstək gözləyir.

Əli Babayev

Seçilən
20
sia.az

1Mənbələr