AZ

Bakı Rinoplastika Günləri konfransı öz işinə başladı - Fotolar

4 oktyabr tarixində Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyinin təşkilatçılığı ilə 2-ci Bakı Rinoplastika Günləri konfransı Fairmont Hotel Flame Towers- da öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, Cəmiyyətin sədri və konfransın təşkilatçısı Dos. Dr. Cavid Cabbarzadənin verdiyi məlumata əsasən, 3 gün davam edəcək tədbirdə Brazilyadan Bolqarıstana, Perudan Pakistana, İngiltərədən İordaniyaya onlarla ölkədən yüzlərlə mütəxəssis iştirak edir. 

Tədbirdə rinoplastikanın yeni aspektləri və rinoplastika ilə üz-plastik cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və kosmetologiyanın ahənginə bağlı məruzələr edilir. Dr. Cabbarzadə bildirir ki, tədbirin əsas məqsədi elm ziyafəti ilə yanaşı, ölkəmizi və mədəniyyətimizi dünyaya tanıtmaqdır.

Seçilən
15
qafqazinfo.az

1Mənbələr