AZ

Ən çox qızıl ehtiyatına malik 10 ölkə


“Çətin geosiyasi vəziyyət hökumətlərin qızıla tələbini həmişəkindən daha çox stimullaşdırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə RBK Dünya Qızıl Şurasının (WGS) məlumatlarına istinadən məlumat yayıb.
WGS sorğusuna əsasən, müxtəlif ölkələrin mərkəzi banklarının 29%-i gələn il ərzində qızıl ehtiyatlarını artırmaq niyyətindədir. Bu, bu mövzuda ilk sorğunun keçirildiyi 2018-ci ildən bəri ən yüksək səviyyədir.
Ən böyük qızıl ehtiyatlarına malik ilk 10 ölkəyə aşağıdakılar daxildir:
ABŞ (8,13 min ton)
Almaniya (3,35 min ton)
İtaliya (2,45 min ton)
Fransa (2,44 min ton)
Rusiya (2,34 min ton)
Çin (2,26 min ton)
İsveçrə (1,04 min ton)
Yaponiya (0,85 min ton)
Hindistan (0,84 min ton)
Hollandiya (0,61 min ton).
“Mərkəzi banklar tərəfindən qızıl-valyuta ehtiyatlarının artırılması maliyyə bazarının aktual narahatlıqları, o cümlədən böhran risklərinin artması və inflyasiyanın artması ilə diktə olunur”, - nəşr bildirib.
Seçilən
16
yeniavaz.com

1Mənbələr