AZ

Cim Retkliff Erik ten Haqın klubdakı gələcəyi ilə bağlı danışdı

“Mançester Yunayted”in həmsahibi Cim Retkliff “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın klubdakı gələcəyinə dair sualı cavablayıb.

Arena.az “Evening Standard” dərgisinə istinadən, Retklifin bu barədə fikrini təqdim edir:

“Mən bu sualı cavablamaq istəmirəm. Erikdən xoşum gəlir. Düşünürəm ki, o, çox yaxşı məşqçidir, amma əvvəl-axır bu, mənim seçimim deyil, “Mançester Yunayted”i idarə edən idarə heyətinin seçimidir. Klubu necə idarə edəcəyinə məhz idarə heyəti qərar verməlidir.

Ancaq onların hamısı yalnız iyun və ya iyul ayından birlikdə işləyirlər. Yanvarda, fevralda, martda, apreldə yox idilər. Omar Berrada, Den Eşuort yox idilər – onlar yalnız iyulda gəliblər.
Onlar klubda cəmi… hesab həftələrə sığar. Klubda çox vaxt keçirməyiblər, ona görə də hesablaşmalı və ağıllı qərarlar verməlidirlər.

Məqsədimiz bəllidir – biz “Mançester Yunayted”i olması gərək olan yerə qaytarmaq istəyirik. Klub indi orada deyil, bu, aydındır”, deyə Cim Retkliff vurğulayıb.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 124 oyuna çıxarıb, 71 qələbə, 18 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

6 turdan 7 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.

Seçilən
17
arena.az

1Mənbələr