AZ

Ahmet Özekmekçi: Azərbaycanla kitabxanaçılıq sahəsində əməkdaşlığı hər zaman üstün tutmuşuq

Ahmet

Bakı, 5 oktyabr, AZƏRTAC

Biz 2022-ci ildə fəxri qonaq kimi qatıldığımız Bakı Beynəlxalq Kitab Sərgisində bu il də iştirak edirik. Təxminən yüz kvadratmetrlik stenddə İstanbul Ticarət Palatası ilə birlikdə iki minə yaxın əsərimizi sərgiləyirik. Yarmarka çərçivəsində Türkiyədən səkkiz nəşriyyatı özümüzlə gətirmişik. Onlar burada Azərbaycan nəşriyyatları ilə əməkdaşlıq edə, görüşlər keçirə bilərlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin şöbə müdiri Ahmet Özekmekçi söyləyib.

O qeyd edib ki, Baş İdarənin "Türk ədəbiyyatının xarici dünyaya açılması" adlı layihəsi var və bu layihə çərçivəsində Azərbaycanda 28 nəşriyyata 135 yazıçının 217 əsəri ilə dəstək göstərilib. Həmin əsərlərdən 172-si çap olunub, digərlərinin çapı hələ də davam edir və ən qısa zamanda nəşr olunacaq.

“Biz Baş İdarə olaraq Azərbaycanda kitabxanaçılıq sahəsində qarşılıqlı əməkdaşlığı hər zaman üstün tutmuşuq. Yeri gəlmişkən, ötən müddət ərzində Azərbaycan Milli Kitabxanasının məsul işçiləri bizimlə bir neçə dəfə görüşüblər, qarşılıqlı peşəkar fikir mübadiləsi aparılıb. Ümid edirəm ki, yaxın günlərdə kitabxanaçılıq və xidmət sahəsində əməkdaşlığımız daha da güclənəcək", - deyə A.Özekmekçi bildirib.

Seçilən
26
azertag.az

1Mənbələr