AZ

“Ordu”nun baş məşqçisi: “Hesab edirəm ki, biz düzgün yoldayıq”

“Bizim üçün yaxşı təcrübə oldu. Maraqlı oyun keçdi”.

İdman.biz xəbər verir ki, bunu “Ordu”nun baş məşqçisi Alberto Blanko deyib.

Blanko “Neftçi”yə 59:67 hesabı ilə uduzduqları matçı şərh edib. O bildirib ki, bu həftə üzərində işlədikləri bəzi taktiki gedişləri nəzərdən keçiriblər: “Bəzi səhvlərimiz oldu ki, bunların üzərində işləməliyik. İstənilən halda komandamın yaxşı amerikalı legionerlərin çıxış etdiyi və yaxşı baş məşqçisi olan bir rəqibə qarşı oyunundan razı qaldım. Onlar əllərindən gələni etdilər. Hesab edirəm ki, biz düzgün yoldayıq və getdikcə daha yaxşı formada olacağıq”.

Qeyd edək ki, “Ordu” yeni mpövsümün ilk oyununda “Sumqayıt” ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr