AZ

Naxçıvan Energetika Xidmətində payız-qış mövsümünə hazırlıqla bağlı kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində muxtar respublikada 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar Energetika Xidmətində kollegiya iclası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, iclasda ötən 9 ay ərzində elektrik enerjisinin istehsalı, görülmüş işlər, mövsümə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlər müzakirə olunub, müvafiq sahələr üzrə hesabatlar təqdim edilib.

Hesabatların nəticələri təhlil olunarkən uğurlarla yanaşı, buraxılan səhvlər də diqqətdən kənarda qalmayıb, onların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Kollegiya iclasının gündəliyini Xidmətin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov açaraq bir çox sahələr kimi enerji sektorunda da qarşıdakı dövr üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb. O qeyd edib ki, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində elektrik stansiyalarında və şəbəkələrində müvafiq tədbirlər həyata keçirilib.

Muxtar respublikanın fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjinin istehsalı və ötürülməsi üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaların sayının minimuma endirilməsi qarşıya əsas vəzifə olaraq qoyulub.

Bu məqsədlə enerji müəssisələrində planlı təmir, təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. İstilik elektrik stansiyaları üçün lazımi yağ-sütkü materialları, ehtiyat hissələri tədarük edilib. Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri təyin edilmiş normalara uyğun keyfiyyətlə yerinə yetirilib.

Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb. Elektrik şəbəkələri üçün müxtəlif güclü transformatorlar, dayaqlar, müxtəlif ölçülü SİP kabelləri və onların aksesuarları, digər mataerial ehtiyatı yaradılıb.

İclasda Şəbəkə və Stansiyaların direktorları payız-qış mövsümünə hazırlıqla bağlı ayrı-ayrılıqda gördükləri konkret işlər, zəruri tədbirlər haqqında məlumat veriblər.

Ümumulikdə Xidmət üzrə 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər qənaətbəxş hesab olunub. Yekunda qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün müvafiq tapşırıqlar verilib.

Seçilən
25
far.az

1Mənbələr