AZ

Kərkükdə partlayış: Yaralananlar var

Kərkükdə İraq Türkmən Cəbhəsinə bağlı Türkmən Evinin ofis müdiri Sayqın Haceroğluna qarşı törədilən bombalı hücumda Haceroğlu və 5 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Kasaphane bölgəsində İraq Türkmən Cəbhəsinə bağlı Türkmən Evinin ofis müdiri Sayqın Haceroğlunun iş yerinin qarşısına naməlum şəxs və ya şəxslər tərəfindən bomba qoyulub.

Hücum zamanı ağır yaralanan Sayqın Haceroğlu və daha 5 nəfər xəstəxanaya aparılıb.

İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan yazılı açıqlama verərək hadisəni şiddətlə qınayıb.

Turan Türkmən Evinin ofis müdiri Sayqın Haceroğlunun ağır yaralandığı hücumun terror aktı olduğunu bildirib.

Hücumda günahsız insanların yaralandığına diqqət çəkən Turan, türkmən rəsmilərinə qarşı bu cür hücumların şəhərin sabitliyini pozmaq məqsədi daşıdığını bildirib.

Uzun illər sabitliyini qoruyan Kərkükün təhlükəsizliyinin hədəf alındığını bildirən Turan, "Bu cür hücumlara baxmayaraq, Kərkükün ictimai birlik və həmrəyliyinin pozulmasına icazə verilməyəcək" deyib. 

Turan İraq Baş Qərargah rəisindən hücumla bağlı təhqiqat başlatmasını və cinayətkarların üzə çıxarılmasını istəyib.

Şəhərin sabitliyini pozmağa yönəlmiş bu cür addımların qarşısını almaq istəyən Turan vətəndaşların və məmurların terrordan və terrorçulardan qorunmasını tələb edib.

Seçilən
21
cebheinfo.az

1Mənbələr