AZ

“Neftçi”dən baş məşqçi ilə bağlı açıqlama: ÇSKA-nın sabiq çalışdırıcı gündəmdədir?

“Neftçi” Viktor Qonçarenkonun komandanın baş məşqçisi postuna təyinatı ilə bağlı çıxan iddialara cavab verib.

Klubun mətbuat xidmətindən Rusiyanın “Sport Express” nəşrinə verilən açıqlamada “Viktor Qonçarenko çox təcrübəli və postsovet məkanında tanınmış məşqçidir. Amma bu məlumat həqiqətə uyğun deyil” – deyə, bildirilib.

30 may 2024-cü ildə belaruslu mütəxəssis “Ural”dan qovulub. Bundan əvvəl o, BATE, “Kuban”, “Ufa” və “Krasnodar” klublarında da çalışıb. Viktor ÇSKA ilə birlikdə iki dəfə Rusiya çempionatında (2016/17, 2017/18) gümüş medal qazanıb və 2018-ci ildə ölkə Superkubokunu qazanıb.

9 oyundan sonra Misli Premyer Liqasında 5 xal toplayan “Neftçi” turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Kəpəz” məğlubiyyətinin (3:4) ardından komandanın baş məşqçisi Roman Qriqorçukun istefaya gedəcəyi ilə bağlı xəbərlər dolaşır. 

Klubun media üzrə koordinatoru Rüstəm Əfsərli məsələ ilə bağlı İdmanxeber.az saytına “Hər hansı bir məlumat olsa, klub tərəfindən açıqlama veriləcək. Hələ dəyişən bir şey yoxdur”.

Həsən Quluzadə

Seçilən
28
1
idmanxeber.az

2Mənbələr