AZ

Millət vəkilləri müəllimləri belə təbrik etdi

Bu gün müəllimlərin peşə bayramıdır.  Milli Məclisin deputatları sosial hesablarında müəllimləri təbrik edib.

XALQ.AZ həmin paylaşımları təqdim edir:

Aydın Hüseynov, millət vəkili 

Dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşələrdən biri, fədakar əməyi sayəsində cəmiyyətimizin formalaşmasında, ali dəyərlərə malik savadlı, dünyagörüşlü, əxlaqlı, mədəni insanlar yetişdirilməsində misilsiz xidmətləri olan müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən tərbik edir, hər birinə can sağlığı, uzun ömür arzulayırıq.

*****

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), default quality
Vasif Qafarov millət vəkili 
Əziz və dəyərli müəllimlər!
Sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, müqəddəs, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram.
****
Pərvin Kərimzadə millət vəkili 
Hörmətli müəllimlər, dəyərli həmkarlar hər birinizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, işlərinizdə uğurlar, ailə həyatınızda səadət arzu edirəm.
Şərəfli peşə sahibləri, bu ada layiq olan əziz müəllimlər, həyatım boyu minnətdarlıqla xatırladığım bütün müəllimlərim Peşə bayramınız mübarək!!!
Bu günün və gələcəyin müəllimləri olan əziz tələbələrim, bayramınız mübarək!
****
Elnarə Akimova millət vəkili 
Bu gün Beynəlxalq müəllimlər günüdür. Ömrümdən keçən yaxşı müəllimlər oldu. Adları və ruhları qarşısında baş əyirəm! İndi də tanıdığım və tanımadığım, müəllim adının ucalığını şərəflə daşıyan müəllimlər var. Fədakar, yorulmaz, şagirdlərinə yalnız bilik deyil, həm də bir dünya işıq və sevgi ötürməyi bacaran bütün müəllimlərin günü mübarək olsun!

 

Seçilən
15
xalq.az

1Mənbələr