AZ

Türkiyədə “Avro 2024”də “bozqurd salamı” ilə gündən olan Demirala heykəl ucaldıldı


Türkiyənin Bolu şəhərində “Avro-2024”ün Avstriya ilə oyununda “bozqurd salamı” verən milli futbolçu Merih Demiralın heykəlinin açılışı olub.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, açılış mərasimi heykəlin yerləşdiyi Bolu şəhərinin Karaçayır məhəlləsində baş tutub.
Açılışda Bolu Bələdiyyə Başçısı Tanju Özcan, qonaqlar və şəhər əhalisi iştirakı edib.
Qeyd edək ki, iyulun 2-də baş tutan görüş 2:1 hesabı ilə başa çatıb. Matçın 1-ci dəqiqəsində hesabı açan Demiral 59-cu dəqiqədə komandasının fərqini ikiyə çatdırıb. Demiral qoldan sonra tribunaları “Bozqurd” işarəsi ilə salamlayıb.
UEFA Merih Demiralı siyasi simvollardan istifadə etdiyi üçün 2 oyunluq cəzalandırıb. Qərar ictimaiyyətə açıqlandıqdan sonra Bolu Böyükşəhər Bələdiyyəsi Merih Demiralın şəhərdə heykəlinin ucaldılması üçün işlərə başlayıb.
Xatırladaq ki, “Avro 2024”ün qalibi İspaniya yığması olub.
Seçilən
19
1
yeniavaz.com

2Mənbələr